Müğənni Hiss ilk albomunu təqdim edib.
OLAY yazır ki, sənətçinin bu gün yeni yeddi mahnıdan ibarət “Mars” adlı layihəsinin buraxılışı baş tutub. Bu layihədə Hiss-in “Karma” və Kəpənəklər” hitlərinin müəllifi Abbas İsmayılın yeni “İddia” adlı mahnısı da yer alıb.
Həmçinin, bura ifaçının ilk dəfə çalışdığı Rafael İntihadan iki bəstə əlavə edilib ki, onlar “Betərin betəri” və alboma adı qoyulan “Mars”dır.
“Sayıram”, “Cəsarət” kimi uğur qazanan treklərin müəllifi olan Miro bu dəfə sənətçi üçün “Ulduzların Altında”, “Varmı” və hazırda onlayn olan “Unuduram”ı hazırlayıb.
Alboma daxil olan sonuncu, yəni yeddinci “Nasa” trekini isə “Od synaps” yazıb. Bütün mahnılar sənətçiyə məxsus rəsmi musiqi platformalarında yayımlanıb.
Qeyd edək ki, musiqi işinin birinci mahnısı “Unuduram” noyabrda kliplə birgə təqdim olunub və yutubda iki milyona yaxın baxış toplayıb.