Musiqi
Musiqi

Üçü birlikdə albom hazırladı

Üçü birlikdə albom hazırladı

2018-ci ildən birgə işlər görən MadTeen, Rəssam və Barss uzun aradan sonra birlikdə albom hazırlayıb.

OLAY yazır ki, artıq dinləyicilərin ixtiyarına verilən albom “Sənin adına” adlanır. İfaçılar bildirib ki, diskin bu cür adlandırılmasına səbəb oradakı hər bir musiqinin hisslərə, duyğulara, ən xoş və ən əsas dinləyicilərə həsr olunmasıdır.

Albomun ilk sinqlı olan “Yuxuma da gəlmə” treki “YouTube” üzərindən yayımlanıb.

Qeyd edək ki, bu üçlünün birgə ilk albomudur. İfaçılar ayrı ayrılqda hər biri uzun müddətdir musiqi fəaliyyəti ilə məşğul olurlar.