Musiqi
Musiqi

“Madrigal” Bakıya gəlir

“Madrigal” Bakıya gəlir

Son illər populyarlığını artıran Türkiyənin gənc rok qrupu “Madrigal” Bakıya gəlir.

OLAY yazır ki, “Seni dert etmeler” mahnısı ilə musiqi platformalarında milyonlarla dinlənmə sayı toplayan qrupun konserti fevralın 4-də baş tutacaq.

“Boom Group” tərəfindən reallaşdırılacaq tədbir Elektra Events Hallda keçiriləcək. Konsertə biletlərin qiyməti 30 manatdan başlayır.

Qeyd edək ki, “Madrigal” “Ən yaxşı musiqi qrupu”, “Ən yaxşı albom” kimi mükafatların sahibidir.