Müğənnilər Sevil və Sevinc Səfərovalar yeni mahnıları “Öpücem sanma” ya iki klip çəkdirdiklərini açıqlayıblar.
OLAY yazır ki, bu barədə onlar “Xəbər-ətər” verilişində danışıblar. Sevinc deyib ki, həmin klip üçün Türkiyəyə getməli olublar:
“Türkiyəyə bir klip üçün üç dəfə getdik. Birində getdik Sevil xəstələndi, digərində mən. Heç cür alınmırdı. Rejissor Deniz Akillə görüşdük, danışdıq. Sonra buradakı geyimlər hazırlandı. Onları apardıq, orada klipimizi çəkdik, bəzi səbəblərə görə klipi yayımlaya bilmədik. Orada da yay görüntüləri idi, şirkətin direktoru elə qərar verdi.
Mən də bu baxımdan kaprizliyəm ki, hər mövsümə uyğun klip olmalıdır. Biz klipi saxladıq. İnanılmaz çox pul xərclənmişdi. İkiqatından çox pul getdi. Biz gözəl bir rejissorla danışdıq. Amma mövsümə uyğun olmadığı üçün yenisini çəkdik. O da Xəyal Hüseyin tərəfindən 15-20 günə hazırlandı”.