Ümumdünya Uşaqlar Günü münasibətilə konsert keçiriləcək.
OLAY yazır ki, Azərbaycan Uşaq Fondu tərəfindən təşkil olunan tədbir 20 noyabrda DTX Mədəniyyət Mərkəzində baş tutacaq.
Proqramda məhz uşaq mahnıları səsləndiriləcək. Konsertdə Zamiq Hüseynov, Sevda Yahyayeva, Elza Seyidcahan, Elnarə Xəlilova, Rilaya, Ömər Bəbirli kimi müğənnilər də öz repertuarından mahnılar ifa edəcək.
Zalda hemofiliyadan (qanın laxtalanma xüsusiyyətinin pozulması ilə xarakterizə olunan irsi xəstəlik) əziyyət çəkən uşaqlar olacaq. Günün aparıcıları isə Aysel Zahidqızı və İslam Mehrəliyevdir.