Ajda Pekkanın bacısı Semaris Pekkan 53 il sonra yenidən səhnəyə çıxmış, “Bana yalan söylediler” adlı hitini yenidən oxumuşdu.
OLAY yazır ki, sənətçi haqqında gəzən şəhər əfsanələri barədə ilk dəfə açıqlama verib. Bu barədə öz yutub kanalında danışan Semiramis bacısının ona heç vaxt qadağa qoymadığını bildirib:
“Ajda da, mən də həyat mübarizəsi apardıq. Ancaq heç vaxt ona rəqib olmaq istəmədim. Onsuz da bu mümkün deyildi. Ancaq bacım mənə heç zaman qadağa qoymadı. “Müğənnilik etmə”, - deyə, bir şey də deməyib. Bütün bunlar şəhər əfsanələridir”.