Müğənni Svetlana Lobodanın keçmiş prodüseri Natella Krapivina məhkəmədə qanunsuz olaraq Rusiya vətəndaşlığından məhrum edildiyini sübut edə bilməyib.
OLAY yazır ki, bu barədə Mash teleqram kanalı məlumat yayıb. Qeyd olunub ki, mart ayında Ukraynada keçirilən xüsusi əməliyyatı tənqid edən Krapivina Rusiya vətəndaşlığından məhrum edilib. Bundan sonra o, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Stavropol diyarı üzrə Baş İdarəsinə qarşı pasportunun qaytarılmasını tələb edərək məhkəməyə müraciət edib.
Prodüserin sözlərinə görə, o, Rusiya vətəndaşının qızı olduğu üçün yetkinlik yaşına çatmamış vətəndaşlığı alınıb. Lakin məhkəmə Krapivinanın iddiasını rədd edib və onun Rusiya pasportunu bərpa etməkdən imtina edib.
Qeyd edək ki, Natella azərbaycanlı oliqarx Vaqif Əliyevin qızıdır.