“Avroviziya-2017” təmsilçimiz Dihaj (Diana Hacıyeva) yenidən sözügedən müsabiqəyə qatılmaq istədiyini bildirib.
OLAY yazır ki, ifaçı bu haqda “İNFE Azerbaijan”a müsahibəsində deyib. Sənətçi “İctimai” TV-dən ona təklif gəldiyi halda “Avroviziya-2023” üçün mahnı yazmağa hazır olduğunu qeyd edib.
Xatırladaq ki, Dihaj ölkəmizi Kiyevdə “Skeletons” mahnısı ilə təmsil edərək 14-cü yeri qazanmışdı.