“Aid” ləqəbi ilə məşhurlaşan keçmiş “HOST” qrupunun üzvü, reper Orxan Zeynallı yuxuda mahnı yazdığını açıqlayıb.
OLAY yazır ki, bu barədə o, instaqramda məlumat verib.
“Konsertdə eksklüziv oxumaq üçün hazırlamaq istədiyim mahnı var idi. Neçə vaxtdır sözlərini yaza bilmirdim. Gecə sözlərini yuxuda yazmışam. Oyananda da yadımda idi, dərhal telefona qeyd etdim. Yaxşı, yuxuda adam niyə belə ağır mətn yazsın?”,- deyə, Zeynallı bildirib.