Son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov həbs edilib.

OLAY Qafqazinfo-ya istinadən yazır ki, Gəncə Şəhər Məhkəməsi belə qərar verib.

Prokuror qətimkan tədbiri şərtlərini pozduğu üçün təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqda” qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini istəyib. 

Məhkəmə təqdimatı əsaslı hesab edib. K.Əsədov məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, ötən gün iş üzrə şahidlərdən biri ifadəsində Kamran Əsədovun məhkəməyə gəlməməsi üçün ona təsir etdiyini deyib. Eyni zamanda hakim təqsirləndirilən şəxsdən Naftalan Rayon Polis Şöbəsinə də şikayət daxil olduğu barədə məlumatı olduğunu bildirmişdi. Bu faktlar da müttəhimin şəxsin sərbəst mühakimə edilməsini mümkünsüz edib.