Müğənni Güllünün vəfatından sonra barəsində bir çox iddia ortaya atılan qızı Tuğyan sükutu pozub.
OLAY yazır ki, o, anası ilə bağlı ilk dəfə paylaşım edib.
Tuğyan paylaşımında “Gedənəmi yanım, qalanamı ana? Mən də anamın balası idim” sözlərini yazıb.
Tuğyan prokurorluqda verdiyi ifadəsində göstərilən mesajların ona aid olduğunu qəbul edərək, “Anamla mübahisə etdiyim vaxtlarda yazmışdım. Anamı öldürməmişəm” deyə bildirib.
Sözügedən mesajlarda isə Tuğyanın anasını öldürmək istəyi ilə bağlı mesajlar yer alıb.