Əməkdar artist Abbas Bağırov Yasamal parkının bir hissəsinin vətəndaşlar tərəfindən dağıdıldığını bildirib.
OLAY yazır ki, məşhur müğənni 10 gün əvvəl sakinlərin idman etməsi üçün avadanlıqlar qurlaşdırıldığını, 5 gün içində həmin məkanın dağıdıldığını qeyd edib.
O, parkın görüntüsünün şəklini də instaqramda paylaşıb. Bağırov vətəndaşlara səslənərək bu alətlərdən düzgün istifadə edilməsini istəyib:
“Çox xahiş edirəm, bu parkda yeni quraşdırılan və sağlamlığınıza çox xeyir gətirən bu idman qurğusunu qaydasında istifadə edin”.