Fotosessiya
Fotosessiya

Ruhi Əliyeva Zəfər Günü onları sevindirdi

Ruhi Əliyeva Zəfər Günü onları sevindirdi

İş xanımı, “Liatris Holding”in rəhbəri Ruhi Əliyeva Zəfər Günü ilə əlaqədar şəhid ailələri və qazilər üçün ziyafət təşkil edib.

OLAY yazır ki, bayram tədbirində şəhid ailələri, Vətən Müharibəsi qəhrəmanları ilə yanaşı, yüksək rütbəli şəxslər və rəsmilər fəxri qonaq qismində dəvət olunub. 

Ruhi Əliyeva bildirib ki, Zəfər Günü Azərbaycan xalqının tarixinə şərəf, qürur və iftixar hissi ilə yazılmış  mühüm bir gündür: 

“Məhz bu möhtəşəm Qələbə ilə Azərbaycan dünyaya öz varlığını, bölünməzliyini bir daha sübut etdi. 2 il əvvəl rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüz bərpa olundu. 

Düzdür, bu qələbə bizə asan başa gəlmədi. Neçə cəsur, qorxmaz, igid oğullar qurban verdik. Neçə şir ürəkli qəhrəmanlarımız yarımcan oldu.
Üzüldük, canımız yandı, amma yolumuzdan dönmədik. Ruhumuzdakı azadlıq eşqi, torpaq sevgisi yaralarımıza məlhəm oldu.

Mübarizə əzmimiz zərrə qədər azalmadı. Məhz bu əzm, bu torpaq sevgisi bizi qələbəyə qovuşdurdu. 30 illik həsrət sona çatdı. Tariximizdə çox böyük Zəfəri qazandıq.

Bu sevinc, bu əvəzsiz gün üçün biz hər gün iti zəkası ilə ölkəmizi dünya dövlətləri arasında qalib dövlət kimi tanıdan əziz Prezidentimiz İlham Əliyevə və hər biri Azərbaycan xalqının könlündə taxt quran cəsur, igid oğullara minnətdarıq. Bu gün o torpaqlardakı quruculuq işlərinə, Qarabağ torpağının yenidən canlanmasına görə onlara minnətdarıq.

Bu Zəfər tədbirimiz Azərbaycanın ən şərəfli günlərindən birini qeyd etməklə yanaşı, məhz bu Qələbəni bizə qazandıran Vətən-adamlara təşəkkür və şükranlıq anlamında düzənlənib”.

Qeyd edək ki, tədbirdə tanınmış sənətkarlar, Xalq artistləri Alim Qasımov, Nəzakət Teymurova, Zülfiyyə Xanbabayeva, Təranə Muradova, müğənni İlhamə Qasımova və Çinarə Məlikzadə iştirak edib, “Səma rəqs qrupu” isə öz sənət nümunələri ilə günə rəng qatıb.

Foto: News24