Britaniya kral ailəsinin həyatını qələmə alan yazıçı Kristofer Andersen sonuncu kitabında 73 yaşlı Kral lll Çarlzın bilinməyən xüsusiyyətlərini qeyd edib.
OLAY yazır ki, Kristofer bildirib ki, kral bəzi əşyalarını hər zaman yanında daşıyır.
Onlardan biri də uşaqlıqdan qalma oyuncaq ayısı və ona özəl hazırlanmış tualet oturacağıdır.
Çarlz, həmçinin, onun yeməklərini hazırlayan aşçısını da özü ilə getdiyi yerlərə mütləq aparır.