Fotosessiya
Fotosessiya

Tahir ermənini aparıcı edən Teymurdan danışdı

Tahir ermənini aparıcı edən Teymurdan danışdı

“Bakılı oğlanlar” KVN komandasının üzvü Teymur Vaynşteynin yeni layihəsinə erməni əsilli Qarik Martirosyanın aparıcılıq etməsi sosial şəbəkələrdə müzakirə yaradıb.

OLAY mövzu ilə bağlı “Bakılı oğlanlar” KVN komandasının keçmiş üzvləri ilə əlaqə saxlayaraq, münasibətlərini öyrənməyə çalışıb.

Əməkdar artist Tahir İmanov açıqlamasında Rusiya kanallarına müdaxilə etmək istəmədiyini bildirib:

“Bu insan kanalın baş prodüseridir, rəhbəri deyil. Bir vətəndaş kimi, yəqin ki, etirazını bildirə bilərdi. Amma o Rusiya vətəndaşıdır, Azərbaycan vətəndaşı deyil. Artıq uzun illərdir ki, Azərbaycandan çoxdan ayrılıb, burada yaşamır. Daha dəqiq desək, 1996-cı ildən Rusiya vətəndaşıdır. O ki, qaldı Rusiya kanalları, Rusiya vətəndaşlığı, mən onlara müdaxilə etmirəm və etmək də istəmirəm.

Çünki çox pozitiv bir insanam, əhval-ruhiyyəm gözəldir, torpaqlarım azad olunub. Mən niyə belə pozitiv notlarıma qəmgin notlar qatmalıyam ki, hansısa kanalın baş prodüseri ermənini işə götürüb?.. Biz ilk növbədə sənət adamıyıq, tamaşaçılara da pozitiv ötürmək lazımdır”.

Əməkdar artist Bəhram Bağırzadə isə, ümumiyyətlə, cavab verməkdən boyun qaçırıb.