İranda etiraz aksiyalarına qatılan reper Samin Seydi edam cəzasına məhkum edilib.
OLAY yazır ki, Samin Allaha qarşı çıxmaq ittihamı ilə mühakimə edilib.
Cəmi 10 dəqiqə çəkən məhkəmə prosesi İran dövlət televiziyasında canlı olaraq yayımlanıb. Ona qarşı irəli sürülən 11 ittihamı rədd edən reper haqqında ölüm hökmü çıxarılıb.