Dünyaca məşhur bloq “Tumblr” yeni qərarı ilə istifadəçilərini sevindirib.
OLAY yazır ki, platforma 2018-ci ildə qoyulan qadağasını geri çəkib. “Tumblr” bundan sonra çılpaqlığa icazə verəcəyini açıqlayıb.
Qeyd edək ki, ABŞ mənşəli sosial şəbəkə Devid Kerp və Marko Arment tərəfindən 2007-ci ilin fevralında yaradılıb. İki həftə içində 75 min abunə toplayan sayt ABŞ-da 13,4 milyon istifadəçiyə sahibdir.