İncəsənət
İncəsənət

Əməkdar artistdən çağırış

Əməkdar artistdən çağırış

Əməkdar artist Bəyimxanım Vəliyeva sosial media hesabında yazdığı statusla diqqət çəkib.

OLAY yazır ki, rəsmi “Youtube” kanalı barədə məlumat verən xanəndə izləyicilərindən ona abunə olmağı xahiş edib:

“Bu günə kimi sizdən bu mövzu ilə bağlı heç bir rica etməmişəm. Mən sənətə gələndə belə aktuallıqlar yox idi. Lakin, istəsək də, istəməsək də, günün bir çox reallıqları sosial şəbəkələr üzərində qurulub. Mən də qərara aldım ki, sizdən bir rica edim, əgər “Youtube”da daha aktiv olmağımı, yeni layihələr, gündəlik dərs proseslərini filan sizinlə bölüşməyimi istəyirsizsə, o zaman rəsmi “Youtube” kanalıma abunə olmağı unutmayın. Unutmayın ki, mən də varlığınızdan ilham alıram. Yəni, izləyicilərimin nə qədər az və ya çox olmağı mənim üçün çox önəmlidir. Əlbəttə ki, paylaşımları, bəyəndiklərinizi görürəm, var olun. Lakin, bilirsiniz ki, bu yetərli deyil abunə olun ki, bütün yeniliklərimdən ilk siz xəbərdar olun və daha gözəl paylaşımlarla görüşünüzə gəlim”.