Məşhur bloger Leyla Muradlı-Hüseynova (Leila Land) və model həyat yoldaşı İqaməddin Hüseynov (İgo Guseinov) yeni postları ilə diqqət çəkiblər.
OLAY yazır ki, cütlük bu dəfə süni yağışın altında fotossesiya etdiriblər, video çəkiblər. Həmin anları fotoqraf Zeynal Məmmədli lentə alıb.
Leyla görüntülərə “Elə hiss edirəm ki, hər gün sənə olan sevgim yağış kimi üzərimə “yağır”. Yağışımız heç kəsməsin” şərhi ilə paylaşıb. Daha sonra xanım bloger “onlar qərar verdilər və mənə yağış gətirdilər. Mən isə sizə bu video ilə sonsuz sevgimi göndərdim”- sözlərini əlavə edib.
Qeyd edək ki, cütlük iki il öncə ailə qurub. Onların bu nikahdan Emili adlı bir qız övladı dünyaya gəlib.