Fotosessiya
Fotosessiya

Gələn ilin trend ev dekorları bunlardır!

Gələn ilin trend ev dekorları bunlardır!

Yorğun keçən günün ardınca sizə qucaq açan bir evə gəlmək kimisi yoxdur. İçinizi hüzurla dolduran, eyni zamanda tərz görünən evə sahib olmaq üçün gələn ilin önə çıxan dekorasiya trendlərinə birlikdə göz ataq.

OLAY 2023-cü ildə populyar olacaq ev dekorlarını təqdim edir:

Davamlı əşyalar 

Həyatımızın hər sahəsidə davamlı və ekoloji cəhətdən təmiz addımlar atmağa çalışırıq. Evimiz də bu ərazilərdən biridir. Ev bəzəyində təkrar emal edilə bilən materiallardan və ekoloji cəhətdən təmiz əşyalardan hazırlanmış mebellər əhəmiyyət kəsb edir.

Qaranlıq atmosfer

Köhnə, lakin dəbli əşyaların yer aldığı dekorasiyada klassik parçalar diqqəti cəlb edir. Tünd-qəhvəyi, taxta əşyalar və parlaq qara döşəmələr bu üslubun əvəzedilməzləri arasındadır. 

Art Deko yüksəliş

1920-ci illərin memarlığında görünən Art Deko adlı sənət cərəyanını gələn il dekorasiyalarda tez-tez görəcəyik. Fransada yaranan bu avanqard trend simmetrik naxışlar və metal detallardan ibarətdir.

Mikro lüks

Bu trend, bəlkə də, son zamanların ən populyar dekorasiya stili ola bilər. Əşyaların sayını və ölçüsünü azaldırıq. Büdcə baxımından da əlverişli olan bu trend 2023-cü ildə yüksəlməyə başlayacaq.

Modern qatlar

Simmetrik xətləri olan dekorasiyanız varsa, əyrilərin ön plana çıxdığı bu görünüş eviniz üçün gözəl bir dəyişiklik ola bilər. Bu üslubda dəyirmi mebellər və açıq tonlar diqqət çəkir.

“Japandi” dizaynı

Yapon və Skandinaviya ev dekorasiyasını birləşdirən “Japandi” iki fərqli mədəniyyətin sintezini ev mühitinə uyğunlaşdırır. Bu trenddə Skandinaviya üslubunu əks etdirən metallar, düz xətlər və əsas rənglər yer alır ki, bu da həm minimal, həm də faydalı dizayndan xəbər verir. Yaponlara məxsus bambuk və təbii materiallar isə xüsusi diqqət çəkir.

İkinci əl

Kiçik bir büdcə ilə xəyallarınızı bəzəyən bir ev yaratmaq istəyirsinizsə, ikinci əl mağazalar 2023-cü ildə ən yaxın dostunuz olacaq. Əsas odur ki, müxtəlif dükanları ziyarət edin və bir-birinə uyğun gələn əşyaları bir araya gətirin. Fərqli növ parçaları birləşdirərək, evinizin ruhunu ortaya çıxara bilərsiniz.