Müğənni Mina Hüseyn həyat yoldaşı Sərxan Həsənovdan boşanma tarixini açıqlayıb.
OLAY yazır ki, bu barədə o, “MTV Magazin”ə danışıb. Mina deyib ki, noyabrın 17-də evliliyi rəsmən bitəcək:
“Ayın 17-i boşanacağıq. Sənəd imzalayıb, boşanma kağızını götürəcəm. İndi imza atdım. Bura onunla rastlaşmamaq üçün tez gəldim. Ona görə yox ki, hələ də sevgi hisslərim var. Yaşatdıqlarını xatırlamaq istəmirdim. Mən tək deyiləm, ailəm, dostlarım, sevənlərim yanımdadır. Siz də bilirsiz ki, həmişə ailə istəmişəm. Mən bu xəyallarımla yadda qaldım, o, isə yalanları ilə. Yenidən ailə qurmaq istəyərəm. Birinci qismətim belə uğursuz oldu. Bəlkə elə biri olacaq ki, hər şeyi unutduracaq. Əgər hamilə olsam, övladıma görə ayrılmazdım”.