Fotosessiya
Fotosessiya

“Harri Potter”dən rəngli fotosessiya

“Harri Potter”dən rəngli fotosessiya

Harri Potter obrazı ilə tanınan aktyor Daniel Radcliffe “GQ” jurnalının yeni rəqəmsal bölməsi olan “GQ Hype”ın son buraxılışının qəhrəmanı olub. 

OLAY yazır ki, müvafiq şəkillər nəşrin rəsmi instagram hesabında yayılıb. 33 yaşlı ulduz dərginin üz qabığına pələng çaplı narıncı xəz paltoda poza verib. Digər kadrlarda isə aktyor zolaqlı tısbağa detallı və qarmon şalvarında, əlində akkordeon tutaraq şəkillər çəkdirib.

Həmçinin, Daniel övladlarını aktyor kimi görmək istəməyəcəyini deyib: “Mənim nə vaxtsa övladım olsa, istərdim ki, onlar çəkiliş meydançasında olsunlar, prosesi kənardan izləsinlər”.