Fotosessiya
Fotosessiya

İnstaqramı oğurlanan Gülşahdan açıqlama

İnstaqramı oğurlanan Gülşahdan açıqlama

Modelyer Gülşah Saraçoğlu instaqram hesabını geri qaytarıb.

OLAY yazır ki, bu barədə o, hekayə bölməsində paylaşım edib.

“Mən çəkilişdə olarkən səhifəmə kiberhücum edilib. Hesabımı geri qaytara bildik. Vəkilim bu işlə bağlı tədbirlər görüb və məsul şəxs tapılıb. Bu hadisədən sonra istifadəçi adımın dəyişdirilməsi ilə bağlı sosial şəbəkələrdə yazılan təhqir xarakterli mesajlar və edilən paylaşımlar araşdırılacaq. Bununla bağlı hüquq müstəvisində işlərə başlanılıb”.

Qeyd edək ki, ötən gün  Saraçoğlunun hesabı oğurlanaraq adının qarşısına “məşuqə” sözü yazılıb.