Fotosessiya
Fotosessiya

Cavanlaşmaq üçün Hindistana getdi

Cavanlaşmaq üçün Hindistana getdi

Böyük Britaniya Kralı III Çarlzın xanımı Kamilla cavanlaşmaq üçün Hindistana gedib. 

OLAY yazır ki,  bu barədə “The Times of India” yazır. Qeyd olunur ki, oktyabrın 21-də Kraliça dostları və mühafizəçiləri ilə birlikdə Banqalor hava limanına enib.

O, doktor İsaak Mathainin rəhbərlik etdiyi Soukya mərkəzinə gedib.  Sözügedən məkanın saytında deyildiyi kimi, mərkəz “müalicə, profilaktika və ya cavanlaşma” ilə məşğuldur.

Bukingem Sarayı hələlik bu səfərin təfərrüatlarını açıqlamayıb.“Times of India” qəzetinin yazdığına görə, Kamilla on gün müayinədə olacaq.