Fotosessiya
Fotosessiya

Zəfər konsertində yıxıldı, qolu sındı

Zəfər konsertində yıxıldı, qolu sındı

Məşhur xəbər aparıcısı Jalə Həsənli 8 noyabr- Zəfər günü təşkil olunan konsertdə başına iş gəlib. 

OLAY-ın əldə etdiyi məlumata görə, o, aparıcısı olduğu Dənizkənarı Milli Parkdakı konsertdə səhnədən yıxılaraq xəsarət alıb. 

Jalənin qəza nəticəsində sol qolunun iki nahiyəsində sınıq olub. 

Aparıcıya həkim müdaxilə edib, qoluna gips qoyulub.