“Herri Potter” və “Alatoranlıq” filmlərindəki rolları ilə tanınan aktyor Robert Pettinson “Dior”un yeni reklam kampaniyasında rol alıb.
OLAY yazır ki, 36 yaşlı aktyorun Kim Consun Dior Men-in yeni yaz kolleksiyasının siması olub. Fotoqraf Rafael Pavarottinin obyektivində “Herri Potter” və “Alatoranlıq” filmlərinin ulduzu bir neçə şalvar kostyumu, köynək və kapüşon geyinib.
Qeyd edək ki, 2013-cü ildə Pettinson “Dior Homme” ətirinin siması olmuşdu. 2016-cı ildə Karl Laqerfeld brendi payız-qış kolleksiyasının kampaniyası üçün aktyoru lentə almışdı.