Əməkdar artist Lalə Məmmədova yeni “Səni sevmək üçün gəldim dünyaya” adlı mahnısını təqdim edib.
OLAY yazır ki, mahnının sözləri mərhum şair Zəlimxan Yaquba, musiqisi isə millət vəkili Novruz Aslana aiddir.
Müğənni yeni mahnısı üçün kamera qarşısına da keçib. O, Eko Ağalarovun obyektivinə pozalar verib.
Qeyd edək ki, layihənin prodüseri Elnur Həsənovdur.