Fotosessiya
Fotosessiya

Qızı olacaq!

Qızı olacaq!

“Big Bang Theory” filminin ulduzu Keyli Kuoko ana olacaq.

OLAY yazır ki, aktrisa instaqramda hamiləliyi barədə danışıb. O, qız övladı olacağı xəbərini pərəstişkarları ilə bölüşüb. Ulduz 2023-cü ildə ana olacaq.Bir çox məşhurlar aktrisanı təbrik edib, ona can sağlığı arzulayıblar. Onlar arasında Şeron Ston, Odett Enebl, Teylor Lautner, Hillari Daff  və başqaları var.

Xatırladaq ki, aktrisa iki dəfə evlənib. Keyli Kuoko 2013-2016-cı illərdə tennisçi Rayan Svitinqlə ailəli olub. O, 2018-ci ildən 2022-ci ilə qədər milyarder Karl Kuk ilə nikah bağlayıb. Sənətçi 2022-ci ilin əvvəlindən aktyor Tom Pelfri ilə münasibətdədir.