Fotosessiya
Fotosessiya

“Game of Thrones”un ulduzu ərə getdi

“Game of Thrones”un ulduzu ərə getdi

“Game of Thrones” serialının aktrisası Lena Hidi Ozark ulduzu Mark Mençaka ilə evlənib.

OLAY yazır ki, bu barədə “Daily Mail” məlumat yayıb. Toyda qonaqlar arasında “Game of Thrones”da Sansa Stark rolunu oynayan Sofi Törner, həmçinin əri Co Conas, Rik Astli və Çarli Makyuan da olub.

Qeyd edək ki, Hidi ilk dəfə 2007-ci ildə musiqiçi Peter Paul Loçran ilə evlənib. Onların 11 yaşında oğulları var.