Türkiyənin məşhur müğənnisi Ajda Pekkan onu tənqid edən həmkarı Bülent Ersoya cavab verib.
OLAY yazır ki, o, bununla bağlı instaqramda post paylaşıb.
Belə ki, Ajda Həzrəti Mövlananın “Kimisi səbirindən, kimisi sayğısından, kimisi də sevgisindən susur” sözlərini səhifəsində yerləşdirib.
Qeyd edək ki, B. Ersoy “Söylemezsem olmaz” proqramına qoşularaq Pekkanla bağlı deyilən “Yaşına görə çox cavan görünür, ayaqları çox gözəldir” fikirlərinə “Ajdanın üst-üstə geyindiyi varikoz corablarını atam da geyinsə, ayaqları gözəl görünər”, - deyə, cavab vermişdi.