“Dom-2” realiti-şousunun iştirakçısı Anastasiya Köçervenin cəsədi tapılıb.
OLAY yazır ki, bu barədə “Nevskiye Novosti” portalı məlumat yayıb.
Bildirilib ki, meyit avqustun 13-də Krasnoselski rayonu ərazisində aşkar edilib. İlkin məlumatlara görə, cəsəddə zorakılıq izləri yoxdur.
Bu hadisəylə bağlı “Səhlənkarlıqdan ölümə səbəb olma” maddəsi ilə cinayət işi başladılıb.