Rusiyanın Əməkdar artisti Boris Moiseyevin konsert direktoru Sergey Qorox sənətçinin öldürülməsi ilə bağlı yayılan xəbərləri cəfəngiyyat adlandırıb.
OLAY yazır ki, o, mövzu haqqında 360 telekanalına açıqlamasında bildirib.
“Hesab edirəm ki, bu, tamamilə cəfəngiyatdır”,- deyə qeyd edib.
Daha əvvəl Mash Telegram kanalı xəbər vermişdi ki, müğənni Boris Moiseyevin dəfnindən sonra müstəntiqlər sənətçinin qətli ilə bağlı versiyanı nəzərdən keçirmək üçün yoxlama təşkil ediblər.
TASS mənbələri iddia edir ki, istintaq müğənninin ölümünün heç bir cinayət səbəbi tapmayıb.