“Prestij meselesi” fimində baş rolu canlandıran Eser Yenenler saç və makiyaj məşqindən sonra tamam başqa adam olub.
OLAY yazır ki, aktyor yeni imicdə fotolarını instaqramda paylaşıb.
Çəkilişdən sonra evə gedən Yenenleri həyat yoldaşı belə tanımaqda çətinlik çəkib.
“Müvəqqəti narahatçılıq üçün həyat yoldaşım və uşaqlarımdan üzr istəyirəm”, - deyə, Eser qeyd edib.
Xatırladaq ki, film 3 fevraldan Türkiyə kinoteatrlarında təqdim ediləcək.