Dünyaca məşhur repçi ABŞ-da keçirilən festivalda çıxışı zamanı izdihamdan ölən şəxslər barədə başsağlığı diləyib.
OLAY yazır ki, amerikan ulduz tvitter hesabında açıqlama yayaraq kədərli olduğunu, polis və səhiyyə işçiləri ilə daim əlaqə saxladığını bildirib:
"Mən Hyuston polisinə faciəli ölümlərin araşdırılmasında tam dəstəyimi təklif edirəm. Hyuston icması ilə şəfa fəaliyyətlərinə kömək etmək və ehtiyacı olan ailələri dəstəkləmək üçün əlaqə saxlayacam".
Qeyd edək ki, 50 min insanın qatıldığı Astroworld festivalında 300 nəfər yaralanıb. Onlardan 8-i dünyasını dəyişib. İddia olunur ki, konsertin olduğu məkanın mühafizə xidməti biletsiz tamaşaçılardan rüşvət alaraq içəri buraxıb. Bunun nəticəsində də böyük sıxlıq yaranıb.