Mədəniyyət naziri Anar Kərimov Xalq artisti Canəli Əkbərovun dəfn mərasiminə qatılıb.
OLAY yazır ki, o, İkinci Fəxri Xiyabanda keçirilən dəfn mərasimində iştirak edib.
OLAY yazır ki, A. Kərimov mərhumun ailə üzvlərinə başsağlığı diləyib:
"Azərbaycan mədəniyyətinə töhfələri olmuş bir şəxsiyyət idi. Onun yaradıcılığı, sənəti daim yaddaşımızda xatirələrimizdə qalacaq. Azərbaycan mədəniyyətinə verdiyi töhfələr heç vaxt yadımızdan çıxmayacaq. Dərin hüzün və kədərlə ailə üzvlərinə, burada toplaşan hər kəsə başsağlığı diləyirəm".
Müxbir: Samirə Ərəblinski
Fotolar: Nuran Məmmədov