Fotosessiya
Fotosessiya

Dua Lipa öpüşərkən görüntüləndi

Dua Lipa öpüşərkən görüntüləndi

Müğənni Dua Lipa və komediyaçı Trevor Noah Nyu-Yorkda görüşüb.

OLAY yazır ki, bu barədə Daily Mail məlumat yayıb. Qeyd olunub ki, iddia edilən sevgililər restoranlardan birində nahar edib, sonra birlikdə ayrılıblar. Hətta cütlük öpüşüb və həmin an lentə alınıb. 

“Restoranda hamıdan uzaqda sakitcə oturdular. Onlar nahar boyunca səmimi idilər”,- deyə vurğulanıb. 

Xatırladaq ki, ötən il Lipa Bella Hadidin qardaşı Hadid Ənvardan ayrılıb. Bu ilin may ayında isə münasibətə başladığı Noah Minka Kelli ilə eşqi bitib.