Rusiyanın Xalq artisti Valeriyanın oğlu və gəlini ölkədən qaçıb.
OLAY yazır ki, bu barədə rus KİV-i məlumat yayıb. Səsləndirilən iddialara sənətçinin gəlini Liana Şulgina münasibət bildirib.
O, etiraf edib ki, sentyabrın əvvəlində əri və qızı ilə xaricə uçub. “Biz sentyabrın əvvəlindən Dubaydayıq”,- deyə Liana qeyd edib.
Qeyd edək ki, Şulgina Valeriyanın kiçik oğlu Arseni ilə evlidir.