Türk aktrisa Pınar Deniz “Vatanım Sensin” serialında rol aldığı zamanlarda başına gələn qəribə hadisədən bəhs edib.
OLAY yazır ki, aktrisa müsahibəsi zamanı bunları qeyd edib:
“Bir ailə məni serialda görüb çox bəyənmiş, daha sonra evimi tapıb istəməyə gəlmişdi. Həmin ailə bir həftə məni oğullarına almaq üçün israr etdi. Baxdıqda qorxulu, həm də gülməli hadisədir”.
Xatırladaq ki, “Vatanım Sensin” serialı 2016-2018-ci illər arası yayımlanıb. Pınar hazırda “Yargı” serialında baş rolu canlandırır.