Fotosessiya
Fotosessiya

Ad günü tarixini dəyişdirdi

Ad günü tarixini dəyişdirdi

Aytəkin Mərdanova doğum günü tarixini dəyişdirdiyini bildirib.

Bu barədə aparıcı OLAY-a açıqlamasında danışıb:

“İki ildir ad günü qeyd etmirəm. İkinci Qarabağ müharibəsinin başlandığı gün - Anım günü olduğu üçün keçirmirəm. Bundan sonra da 27 sentyabrı ad günüm kimi qeyd etməyəcəm. Tarixi dəyişib, başqa gün dostlarımı ətrafıma yığacam.

Arzulayıram ki, sevdiklərim hər zaman yanımda olsun. İndiki kimi ailəmlə xoşbəxt olum. Realist insanam, geriyə yox, irəliyə baxan biriyəm. Ona görə də heç vaxt ad günümdə kövrəlmirəm”.

Qeyd edək ki, A.Mərdanova Xəzər TV-də yayımlanan “Evdəkilərə salam” verilişinin aparıcısıdır.