Fotosessiya
Fotosessiya

Həlimə dəb sənayesinə geri dönür

Həlimə dəb sənayesinə geri dönür

Təqaüdə çıxan Somali əsilli amerikalı model Həlimə Aden yenidən dəb sənayesinə qayıtmağa hazırlaşır.

OLAY yazır ki, Aden hələ avqustda Amerikanın “Creative Artists Agency” agentliyi ilə müqavilə imzalayıb.

Model açıqlamasında “Mən səs-küylə gəldim, sonra da səs-küylə dəb sənayesini tərk etdim. İndi mən zirvəyə qayıtmaq istəyirəm”, - deyə, bildirib.

Həlimə biznes təhsili almağı və dəb sənayesində bu istiqamətdə inkişaf etməyi düşünür.

Xatırladaq ki, model 2020-ci ildə karyerasına son qoyduğunu açıqlamışdı.