Fotosessiya
Fotosessiya

Ritanın toyu olacaq

Ritanın toyu olacaq

Dünyaca məşhur müğənni Rita Ora toy edəcək. 

OLAY yazır ki, o, bu barədə “Daily Mail”ə açıqlamasında bildirib.  Sənətçi  bu yay gizli evləndiyi rejissor Taika Vaytiti barədə də danışıb, həyat yoldaşını zarafatcıl və şirin adlandırıb. İfaçı əlavə edib ki, onunla münasibətdə həqiqətən xoşbəxtdir.

Rita payız aylarında Londonda böyük toy edəcəyini də bildirib. 

Qeyd edək ki, Ora və Vaytiti bu ilin avqustunda gizli şəkildə evləniblər. Məşhurlar keçən il görüşməyə başlayıblar və bir müddət münasibəti gizlədiblər.