Fotosessiya
Fotosessiya

Adam xəyanət iddialarını təkzib etdi

Adam xəyanət iddialarını təkzib etdi

“Maroon 5”ın solisti Adam Levin həyat yoldaşını model Samner Strou ilə aldatması xəbərini təkzib edib.

OLAY yazır ki, lakin sənətçi qırmızı xətti keçdiyini bildirib:

“Çox peşman olduğum bir dönəmi idi. Uyğun olmayan bəzi şeylər etdim. Həyat yoldaşım və ailəmi riskə atmaq etdiyim ən böyük xəta idi, bir daha əsla etməyəcəyəm. Bundan birlikdə keçəcəyik”.

Qeyd edək ki, Adam “Victoria's Secret” mələyi Behati Prinslu ilə 2014-cü ildə ailə qurub. 2016-cı ildə onların Dusti Rouz adlı qızı, 2018-ci ildə isə Cio Qreys adlı oğlu dünyaya gəlib. Model keçən həftə əri Levinlə üçüncü övladını gözlədiyini təsdiqləyib.