Aktyor Elcan Rəsulov həbs olunan narkotacirlərlə bağlı paylaşım edib.
OLAY yazır ki, o, ötən gün həbs olunan 47 nəfəri qınayıb və bunları qeyd edib:
“Bu şəxslər dünən gecə narkotiklə tutulanlardır. Bu formada 100-cü şəkildir ki, qabağıma çıxır. İnsanlar özlərini bədbaxt etməyə razılaşıblar? Bu nə görkəmdir, nə sifət quruluşudur? İnsanlar cəbhədə can verərkən, bunlar niyə narkotiklə can verir? Bir ana, bacı, bibi, qardaş, əmi niyə bu görkəmdə olsun? Hər dəfə paylaşacam, cəmiyyət qınağı güclü tərbiyə növüdür”.