Fotosessiya
Fotosessiya

Üç il sonra arzusuna çatdı

Üç il sonra arzusuna çatdı

Rusiyanın məşhur repçisi Timatinin keçmiş model sevgilisi Anastasiya Reşetova 10 kiloqram arıqladıqdan sonra necə göründüyünü nümayiş etdirib. 

OLAY yazır ki, o,  fotosunu instaqramda yerləşdirərək xoş xəbəri abunəçiləri ilə bölüşüb.

“Bu gün mən may ayına nisbətən 10 kq arıqladım”,- deyə məşhur sima yazıb. 

Qeyd edək ki, Anastasiya Reşetova 16 oktyabr 2019-cu ildə ilk dəfə ana oldu, oğlu Ratmir dünyaya gəldi. 

Model hamiləlikdən əvvəl olduğu formaya hələ də qayıda bilmədiyini, lakin bunun üzərində çalışdığını demişdi.