Fotosessiya
Fotosessiya

Konsertinə etiraz edənlərə pizza sifariş verdi

Konsertinə etiraz edənlərə pizza sifariş verdi

Rep sənətçisi Lil Nas X Bostondakı konserti qarşısında toplaşan bir qrup etirazçılara maraqlı reaksiya verib.

OLAY yazır ki,  musiqiçi onlara pizza sifariş verib.  Bu barədə sənətçi instaqram hesabında məlumat verib:

“Dünən axşam insanlar mənim konsertimə etiraz etdilər. Beləliklə, biz onlara pizza gətirdik”.

Məlumata görə,  ifaçının komandasının üzvlərindən biri kütləyə pizza qutuları uzatsa da, onlar imtina ediblər. Etirazçılardan bəziləri “İsa Allahdır, hətta cinlər də bunu bilir” və “Tövbə edin” sözləri yazılmış lövhələr göstəriblər.

Qeyd edək ki, 2021-ci ildə Lil Nas X “Montero” hiti üçün mübahisəli bir klip təqdim etmişdi. Bundan sonra musiqiçi dini qrupların mənfi reaksiyası ilə üzləşmişdi.