RTÜK (Radio və Televiziya Üst Şurası) LGBTQ+ nümyəndələri əleyhinə yürüşün təqdimat filmini ictimai reklam kimi yayımlamağa qərar verib.
OLAY yazır ki, bir çox sənətçilər sabah İstanbulda baş tutacaq yürüşə və RTÜK-ün sözügedən təqdimat filmini televiziya kanallarında təqdim etməsinə etiraz ediblər.
Sosial şəbəkə hesabından paylaşım edən pop müğənnisi Edis atılan addımı yanlış hesab etdiyini vurğulayıb:
“Kaş ki, bu yürüş və təqdimat filmi yaşamaq haqları əlindən alınmış, işləmək hüququndan məhrum edilmiş, qanun qarşısında bərabərlik axtaran, cinsi oriyentasiyasına görə zorakılığa məruz qalan LGBTQ+ şəxsləri üçün olardı. Bu tərs istiqamət alnınıza qara bir ləkədir. Sizə şəfa diləyirəm”.
Müğənni Mabel Matiz də insanlar arasında bu cür ayrı-seçkiliyi qəbul etmədiyini qeyd edib:
“LGBTQ+ əleyhinə yürüşdə və sözügedən təqdimat filmində iştirak edən hər kəsi LGBTQ+ ilə həmrəylik nümayiş etdirməyə çağırıram. Sivil cəmiyyətdə belə şeyə yer yoxdur və ayrı-seçkilik cinayətdir”.