Əməkdar mədəniyyət işçisi İldırım Kasimov vəfat edib.
OLAY yazır ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, o, 15 sentyabrda 88 yaşında həyatını itirib.
Qeyd edək ki, İldırım Əli-Nazir Kasimov 7 dekabr 1933-cü ildə Bakı şəhərində anadan olub. O, mədəniyyət sahəsində fəaliyyətinə görə Azərbaycan Prezidentinin sərəncamları ilə 2006-cı ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına, 2007-ci ildə Prezident təqaüdünə layiq görülüb.