Fotosessiya
Fotosessiya

İradə oğlunu belə təbrik etdi

İradə oğlunu belə təbrik etdi

Türkiyədə yaşayan müğənni İradə İbrahimovanın oğlu Əlinin 7 yaşı tamam olub.

OLAY yazır ki, bu barədə İradə sosial şəbəkə hesabında paylaşım edib.

Övladlarının yer aldığı fotoları instaqramda izləyiciləri ilə bölüşən müğənni kövrək sözlərlə oğlunu təbrik edib:

“Onlar bizə Allahın əmanətləridir. Dua edərkən “ayağınıza daş dəyməsin” deyirik. İstəsək də, istəməsək də o daş bir şəkildə dəyir. Hansımıza dəymədi ki? Ayağımıza daş da dəydi, tikan da batdı. Həyat... Amma önəmli olan ayağa qalxıb təkrar yola davam etməkdir, hər səfərində böyüməkdir. Əsas dəydiyi kimi də keçir. Hər şey keçir və bunu bilmək isə hüzur verir. Xatirələr insanın vücudunu içdən-içə isidən şeylərdir. Xoş xatirəli, sevgi dolu ömrün olsun, oğul”.

Qeyd edək ki, müğənni İradə İbrahimova 2009-cu ildə iş adamı Ceyhun İzərlə ailə qurub. Cütlüyün iki övladı var. Hazırda ifaçı ailəsi ilə birlikdə İstanbulda yaşayır.