Fotosessiya
Fotosessiya

“Mecnun”un qızının adı Leyla olacaq

“Mecnun”un qızının adı Leyla olacaq

Bir neçə gün ikinci övladlarının cinsiyyətini açıqlayan Hazal Kaya-Ali Atay cütlüyü maraqlı addım atıb.

OLAY yazır ki, Hazal qız övladlarına seçdikləri adı da instaqram izləyiciləri ilə bölüşüb. O, paylaşımına “Leyla gəlir” şərhini qeyd edib.

“Leyla ile Mecnun” serialı ilə daha da populyarlaşan A. Atayın övladına qoyacağı ad diqqət çəkib. Ekran işinin pərəstişkarları tərəfindən Mecnun obrazına həyat verən Atayın qızının adını bəyənilib.

Qeyd edək ki, cütlüyün Fikret Ali adında bir oğlu var.