“İnternı” televiziya serialında Varya Çernous rolu ilə məşhurlaşan aktrisa Kristina Asmusa qarşı inzibati iş qaldırılıb.
OLAY yazır ki, o, Rusiya ordusunu nüfuzdan salmaqda ittiham olunub. İş avqustun 25-də Moskva Şəhər Məhkəməsinə verilib və proses sentyabrın 6-da baş tutacaq.
“Kommersant” yazır ki, Rusiya Silahlı Qüvvələrinin istifadəsini gözdən salmağa yönəlmiş ictimai hərəkətlərə görə maksimum cəza 50 min rubl məbləğində cərimədir.
Rusiya nəşri protokolun tərtib edilməsinə konkret nəyin səbəb olduğunu göstərmir.
Lakin vurğulayır ki, fevralın 25-də Ukraynada hərbi əməliyyatlar başlayandan bir gün sonra K. Asmus öz İnstaqram səhifəsində “Qorxu və ağrı. Xahiş edirəm bütün bunları dayandırın”,- status paylaşıb.